“Nəqliyyat könüllüləri”

ÇapE-poçt

Yeni layihə: “Nəqliyyat könüllüləri”

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamında qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar Dövlət Nəqliyyat Xidməti tərəfindən “İdeyadan başlanğıca” layihəsi çərçivəsində “Nəqliyyat könüllüləri” adlı tədbir keçirilib.

Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Dövlət Texniki Kollecinin müvafiq ixtisasları üzrə təhsil alan tələbələrin iştirakı ilə təşkil olunan tədbiri xidmətin rəisi Əli Hüseynəliyev açaraq hamiliklə bağlı imzalanan sərəncamların əhəmiyyətindən və görüləcək işlərdən bəhs edib.

Bildirilib ki, 2019-cu il aprel ayının 15-də keçirilən müşavirədə innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin (startapların) həyata keçirilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub. Bu vəzifələrin icrasını təmin etmək məqsədilə Dövlət Nəqliyyat Xidməti tərəfindən müxtəlif səpkili tədbirlərin təşkili nəzərdə tutulub.

Qeyd olunub ki, “İdeyadan başlanğıca” layihəsi çərçivəsində “Nəqliyyat könüllüləri” adlı tədbirin keçirilməsində əsas məqsəd könüllülük fəaliyyətinin tərbiyəvi əhəmiyyətinin təşviqi, bu prosesə gənclərin qoşulmasının təmin edilməsi, avtonəqliyyat xidməti sahəsində könüllülərin yetişdirilməsi və gələcəkdə onların Dövlət Nəqliyyat Xidmətində və aid təşkilatlarda müvafiq işlə təmin olunmasından ibarətdir.

Vurğulanıb ki, “Nəqliyyat könüllüləri” adlı tədbir sürücülərin və ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin iştirakı ilə təşkil olunacaq. Bu tədbir vasitəsilə könüllülər ictimai nəqliyyat vasitələrinin sürücülərini daha məsuliyyətli və cəmiyyətə qarşı daha qayğıkeş olmağa, sərnişinləri isə yol hərəkətinin təhlükəsizliyi qaydalarına məsuliyyətlə yanaşmağa, sərnişin daşıyan avtobuslardan istifadə edərək avtobusdaxili qaydalara və səliqə-sahmana riayət etməyə çağıracaqlar. Bir ay ərzində davamlı olaraq iki mərhələ şəklində keçirilməsi nəzərdə tutulan tədbir birinci mərhələdə şəhərdaxili, ikinci mərhələdə isə şəhərlərarası sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrindən ­istifadə edən sərnişinlər arasında real­laşdırılacaq.

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxışında son illərdə dövlətimiz tərəfindən gənclər sahəsində həyata keçirilən tədbirlərin, eləcə də hamiliklə bağlı imzalanan sərəncamların, xüsusilə də 2019-cu il 3 aprel tarixli Sərəncamın əhəmiyyəti barədə danışıb.

Sonra nəqliyyat könüllüləri Dövlət Nəqliyyat Xidməti əməkdaşlarının müşayiəti ilə qruplar şəklində təbliğat xarakterli məlumatları ictimai nəqliyyat vasitələrindən istifadə edən sürücü və sərnişinlərə çatdırıb, onlara bukletlər paylayıblar.

 

Ötən il muxtar respublika üzrə nümunəvi sərnişindaşıma xidməti göstərən sürücülərə Naxçıvan Avtobus Parkında qiymətli hədiyyələr təqdim edilib.

ÇapE-poçt

Ötən il muxtar respublika üzrə nümunəvi sərnişindaşıma xidməti göstərən sürücülərə Naxçıvan Avtobus

Parkında qiymətli hədiyyələr təqdim edilib.

Bununla bağlı keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyev əldə olunan dinamik inkişafın digər sahələr kimi, nəqliyyat sahəsinə də öz müsbət təsirini göstərdiyini, bu istiqamətdə həyata keçirilən tədbirlərin insanların rahatlığının təmin edilməsinə əlverişli zəmin yaratdığını bildirib. Qeyd edib ki, ötən müddətdə Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin maddi-texniki bazası möhkəmləndirilib, yeni gətirilmiş avtobusların hesabına sərnişindaşıma xidmətinin keyfiyyəti daha da yüksəldilib. Hazırda muxtar respublika üzrə 313 avtobus, 496 taksi olmaqla, ümumilikdə, 800-dən çox avtonəqliyyat vasitəsilə sərnişinlərə nümunəvi xidmət göstərilir.

Beynəlxalq sərnişindaşıma xidmətinin də diqqət mərkəzində saxlanıldığını qeyd edən Əli Hüseynəliyev İran İslam və Türkiyə respublikalarının şirkətləri ilə bağlanmış müqavilələrin, həmçinin Naxçıvan-Bakı-Naxçıvan marşrutunun əhəmiyyətindən bəhs edib. Vurğulanıb ki, muxtar respublika sakinlərinin paytaxt Bakı şəhəri ilə əlaqəsinin daha da genişləndirilməsi və vaxt itkisinin azaldılması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə axşam reysləri də təşkil edilir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 22 oktyabr tarixli Fərmanına əsasən, ötən il noyabrın 1-dən etibarən avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını həyata keçirən sürücülərə lisenziyaların verilməsinə başlanılıb. Ötən müddətdə 600-dən çox sahibkar lisenziya ilə təmin olunub.

Diqqətə çatdırılıb ki, Dövlət Nəqliyyat Xidməti tərəfindən mütəmadi olaraq nümunəvi xidmət göstərən, eləcə də ucqar dağ və sərhəd kəndlərinə işləyən sürücülərin fəaliyyətləri qiymətləndirilir, onlara lazımi kömək göstərilir.

Sonra 2018-ci ildə əhaliyə nümunəvi sərnişindaşıma xidməti göstərən sürücülərə qiymətli hədiyyələr təqdim edilib.

Babək rayonu, Gərməçataq kənd marşrutunun sürücüsü Qurban Behbudov yaradılan şəraitə, göstərilən qayğıya görə bütün sürücülər adından dövlətimizə minnətdarlıq edib.

Sonda tədbir iştirakçıları Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyini ziyarət edib, buradakı eksponatlarla tanış olublar.

 
 

Naxçıvan-Bakı-Naxçıvan marşrutunda gecə reysləri fəaliyyətə başlayıb

ÇapE-poçt

Yanvarın 10-da Naxçıvan şəhərindəki Avtovağzal Kompleksindən Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə gecə reysinin açılışı oldu.

Muxtar respublika sakinlərinin paytaxt Bakı şəhəri ilə əlaqəsinin daha da genişləndirilməsi və vaxt itkisinin azaldılması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan marşrutunda gecə reysi fəaliyyətə başlayıb. Avtobuslar hər gün saat 19:30-da Naxçıvandan yola düşüb, səhər saat 9:00-da Bakıya çatacaq. Bakıdan isə avtobus saat 21:00-da yola çıxacaq və növbəti gün səhər saat 10:00-da Naxçıvan şəhərinə çatacaq. Biletin bir istiqamət üzrə qiyməti 25 manat təşkil edir. 5 yaşınadək uşaqlar üçün gediş haqqı pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir. Biletləri muxtar respublikanın bütün avtovağzallarındakı kassalardan əldə etmək mümkündür.

Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar xəttə buraxılmışdır və eyni zamanda, sərnişinlərin yolboyu çay və kofe ilə təmin olunması nəzərdə tutulmuşdur.

 

New layer...
 
 

Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobuslar verilmişdir

ÇapE-poçt

Muxtar respublikada müasir avtobusların alınaraq xəttə buraxılması və tələbata uyğun hərəkət qrafikinin seçilməsi sərnişindaşıma xidmətinin səviyyəsini xeyli artırmışdır.

İyulun 12-də Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 5 yeni avtobus təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov çıxış edərək demişdir ki, muxtar respublikada nəqliyyatın inkişafı sahəsində kompleks tədbirlər görülür. Sərnişindaşıma ilə məşğul olan avtobusların hərəkət qrafikinə nəzarət olunur, şəhərdaxili və rayonlararası marşrutlar müasir avtobuslarla təmin olunur. Hazırda 6 avtobus Naxçıvan-Bakı və Naxçıvan-İqdır istiqamətində, 56 avtobus isə Naxçıvan şəhərində 8 marşrut xətti üzrə fəaliyyət göstərir. Yeni alınan avtobuslar Naxçıvan şəhərində sərnişindaşıma xidmətinin səviyyəsini daha da artıracaqdır. Mirsənani Seyidov nəqliyyatın inkişafına göstərdiyi qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Muxtar respublikada bütün sahələrdə inkişaf və tərəqqi vardır. Bu inkişaf və tərəqqi insanların rahat yaşayışına və rifahına xidmət edir. Yeni avtobusların alınıb istifadəyə verilməsi də əhalinin rahat hərəkətinin təmin olunmasına, eləcə də sərnişindaşıma xidmətinin nümunəvi təşkilinə hesablanmışdır. 
Ali Məclisin Sədri demişdir: Ordubad Dəmiryol Stansiyasının istifadəyə verilməsi, yeni sərnişin qatarlarının alınıb gətirilməsi və bu gün müasir avtobusların təqdim olunması muxtar respublikada nəqliyyatın inkişafı sahəsində görülən işlərin davamıdır. Cəmiyyətin bütün təbəqələri nəqliyyat sahəsindən istifadə edir. Ona görə də nəqliyyat sistemi və bu sahə üzrə göstərilən xidmət nümunəvi təşkil olunmalı, nəqliyyat vasitələri müasir tələblərə cavab verməlidir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutlarla təmin olunub. Hazırda muxtar respublikada 139 marşrut xəttində 400-ə yaxın avtobusla sərnişindaşıma xidməti həyata keçirilir. Bütün bunlar da əhalinin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına, istehsal etdikləri məhsulları vaxtında bazara çıxarmalarına imkan verir.

Ali Məclisin Sədri demişdir: Nəqliyyatın inkişafı günün tələbidir. Muxtar respublikada da nəqliyyat sisteminin müasirləşdirilməsi qarşıda duran əsas vəzifədir. “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bu sahədə ardıcıl tədbirlər görülür, marşrut xətlərində fəaliyyət göstərən avtobuslar yenilənir. Bu gün təqdim olunan avtobuslar da muxtar respublikanın vəsaiti hesabına alınıb gətirilib. Yeni avtobusların alınması hesabına həm də yeni iş yerləri açılıb. Ona görə də avtobuslardan səmərəli və uzun müddət istifadə olunmalı, onlar qorunmalı, əhaliyə nümunəvi xidmət ­göstərilməlidir.
Ali Məclisin Sədri avtobusların xəttə buraxılması və yeni iş yerlərinin açılması münasibətilə kollektivi və sürücüləri təbrik etmişdir. 
Sonra Ali Məclisin Sədri açarları sürücülərə təqdim etmiş və avtobuslara baxmışdır. 
Məlumat verilmişdir ki, yeni alınan “KİNG-LONG XMQ 52” markalı 5 avtobusun hər biri 22-si oturacaq, 20-si ayaqüstü olmaqla 42 sərnişin yerlikdir. Şəhərdaxili yollarda hərəkət üçün xüsusi dizayn olunan avtobuslar mexaniki sürət qutusu ilə təchiz edilib. Dizel yanacağı ilə işləyən avtobusların mühərriki AVRO 4 standartına uyğundur. Avtobusların geniş salonunda sərnişinlərin rahatlığı nəzərə alınmış, havalandırma yeri və 9 siyirməli şüşə, eləcə də 2 elektron ­məlumat tablosu quraşdırılmışdır.

 
 

Avtonəqliyyat xidməti tələblərə uyğun qurulub

ÇapE-poçt

Muxtar respublikada avtonəqliyyat xidməti günün tələbləri səviyyəsində qurulub. Həyata keçirilən tədbirlər, yaradılan müasir infrastruktur, xüsusilə yeni sərnişin avtobuslarının alınıb gətirilməsi nəqliyyat xidmətinin keyfiyyətini xeyli artırıb.
Nəqliyyatın intensiv hərəkətinin təmin olunması 2018-ci ilin ötən dövründə də diqqətdə saxlanılmış, tədbirlər ke­çirilmiş, taksi və avtobus sürücülərinin muzeylərdə ­seminar-məlumatlandırılması işi davam etdirilmişdir. Ötən dövrdə muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin olunmuş, 496 taksi tərəfindən əhaliyə xidmət ­göstərilmişdir.
2018-ci ilin ötən dövründə İran İslam Respublikasından keçməklə Naxçıvan-Bakı avtobus marşrutu ilə Naxçıvandan Bakıya 6 min 202, Bakıdan Naxçıvana isə 6 min 829 sərnişin daşınmışdır.

 
 

Səhifə 2 > 3-dən

Joomla 1.5