Naxçıvan-Bakı-Naxçıvan marşrutunda gecə reysləri fəaliyyətə başlayıb

ÇapE-poçt

Yanvarın 10-da Naxçıvan şəhərindəki Avtovağzal Kompleksindən Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə gecə reysinin açılışı oldu.

Muxtar respublika sakinlərinin paytaxt Bakı şəhəri ilə əlaqəsinin daha da genişləndirilməsi və vaxt itkisinin azaldılması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan marşrutunda gecə reysi fəaliyyətə başlayıb. Avtobuslar hər gün saat 19:30-da Naxçıvandan yola düşüb, səhər saat 9:00-da Bakıya çatacaq. Bakıdan isə avtobus saat 21:00-da yola çıxacaq və növbəti gün səhər saat 10:00-da Naxçıvan şəhərinə çatacaq. Biletin bir istiqamət üzrə qiyməti 25 manat təşkil edir. 5 yaşınadək uşaqlar üçün gediş haqqı pulsuzdur. 5 yaşından 10 yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir. Biletləri muxtar respublikanın bütün avtovağzallarındakı kassalardan əldə etmək mümkündür.

Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar xəttə buraxılmışdır və eyni zamanda, sərnişinlərin yolboyu çay və kofe ilə təmin olunması nəzərdə tutulmuşdur.

 

New layer...
Joomla 1.5